Fransanın Ermənistandakı səfiri Olivie Dekotinyi Aİ-nin müşahidə missiyası ilə birlikdə hərbi təmas xəttindən 4 km aralıda yerləşən Norabak kəndinə səfər edib. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
“Avropalı müşahidəçilərin olması bu təcrid olunmuş və həssas əhaliyə inam verir.
Missiya onların dünya tərəfindən unudulmadığının əyani sübutudur”, - deyə yazıda qeyd edilib.