Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səslərin hesablanması ilə bağlı yenilənmiş məlumat təqdim edilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, bülletenlərin 93,35 faizinin işlənməsi nəticəsində İlham Əliyev 92,05 faiz səs toplayıb.
Digər namizədlər arasında Zahid Oruc 2,19 faiz, Fazil Mustafa 2 faiz, Qüdrət Həsənquliyev 1,76 faiz, Razi Nurullayev 0,8 faiz, Elşad Musayev 0,67 faiz, Fuad Əliyev 0,53 faiz səs toplayıb.
Rəsmi məlumata görə, növbədənkənar seçkilərdə iştirak 76,73 faiz olub, ümumilikdə 4 milyon 971 min 32 min seçici səs verib.