Regiondakı mürəkkəb vəziyyətə baxmayaraq Gürcüstan sabitliyin bərpasına və regionda uzunmüddətli sülhə nail olunmasına hədəflənmiş balanslı siyasət yürüdür.
Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin Avropaya İnteqrasiya və Xarici Əlaqələr komitələrinin birgə sessiyasında çıxışı zamanı deyib.
Darçiaşvili qeyd edib ki, Gürcüstan dinc qonşuluq təşəbbüsünü başladaraq Azərbaycan və Ermənistan arasında effektiv kommunikasiyaya dəfələrlə töhfə verib.
“Biz qonşu ölkələrin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz Tbilisinin gələcəkdə də bizim qonşularımız arasında etimadın bərpasına töhfə verəcək istənilən mövzunun müzakirə edilə biləcəyi yer olmasını istəyirik”, - Darçiaşvili deyib.