MDB-nin baş katibi Sergey Lebedev bəyan edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərpasında maraqlıdır. O qeyd edib ki, bu mövzu bütün səviyyələrdə keçirilən görüşlərdə müzakirə olunur.
“Biz xoşbəxtik ki, Yerevan və Bakı indi bu istiqamətdə irəliləyir. Ermənistan və Azərbaycan liderlərinin bəyanatları sübut edir ki, onlar tam sülhə nail olmaq niyyətindədirlər”, - Lebedev bildirib. MDB-nin baş katibi qeyd edib ki, Cənubi Qafqazda gərginliyin azaldılması və sülhün bərpasına yönəlmiş səylər Müstəqil Dövlətlər Birliyinin bütün üzvləri tərəfindən tam dəstəklənir. Lakin bunun üçün Bakı ilə Yerevanın razılaşması lazımdır.