ER parlamentin spikeri Alen Simonyan fevralın 7-də Yunanıstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Sofianapulosu qəbul edib.
Simonyan səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Alen Simonyan Ermənistan və Yunanıstan arasında çoxəsrlik qardaşlıq və qarşılıqlı yardıma, erməni və yunan xalqlarının ümumi dəyərlərinə əsaslanan möhkəm dostluq münasibətlərini məmnunluqla qeyd edib.
Həmsöhbətlər Ermənistan-Yunanıstan-Kipr əməkdaşlığının üçtərəfli formatına toxunublar.
Ermənistan-Avropa İttifaqı münasibətlərinə, Cənubi Qafqazda təhlükəsizlik problemlərinə, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı apardığı etnik təmizləmənin yaratdığı humanitar problemlərə, bu kontekstdə Ermənistan-Azərbaycan danışıqları prosesinə də toxunulub.
Xristos Sofianapulos Ermənistanın regionda sülhün bərqərar olması kontekstində apardığı siyasəti yüksək qiymətləndirib.
“Yunanıstan Ermənistanın sülh prosesinə yanaşmasını alqışlayır və dəstəkləyir, çünki bu, beynəlxalq hüquqa əsaslanır və diplomatiya vasitəsilə həyata keçirilir. Biz sülhün bərqərar olmasında Ermənistana hər cür dəstək verməyə hazırıq”, - deyə səfir vurğulayıb.