Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanda, xüsusilə də bəzi seçki məntəqələrində internetdə problemlərin yarandığı bildirilir
Hazırda seçki məntəqələrində olan jurnalistlər problemlə üzləşdiklərini deyirlər.
Meydan TV-nin Bakının 310 və 80 nömrəli məktəblərindəki seçki məntəqələrində olan əməkdaşları da eyni problemlə üzləşdiklərini bildiriblər.
Onların sözlərinə görə, nəinki seçki məntəqələrində və xeyli kənarda da video çəkilişləri, hətta “WhatsApp” üzərindən səs yazılarını göndərmək mümkün olmur.
Meydan TV-nin əməkdaşı deyir ki, fevralın 6-dan rayonda internetin verilməsində məhdudiyyətlər yaranıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Meydan TV-yə bildirib ki, internetin xidmətinə müdaxilə edilməsi ilə əlaqədar şikayət almayıb.
Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, informasiya mübadiləsi fonunda internetin verilməsinə qəsdli müdaxilə ifadə azadlığına ziddir:
“Sübutlar varsa, bu hal qəsdən informasiya əldə etmə və informasiyanı paylaşmaq hüququnu məhdudlaşdırmaq kimi qəbul olunmalıdır və bu yolverilməzdir. Belə bir hal varsa, jurnalistlər tərəfindən bununla bağlı sonradan məhkəmə mübahisəsi də açmaq olar”.