Fevralın 7-də ER xarici işlər naziri Ararat Mirzoyan Haaqada Niderland Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Raymond de Ron və parlamentdəki partiyaların əksəriyyətini təmsil edən komitə üzvləri ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Ermənistan Respublikasının xarici işlər naziri qeyd edib ki, Ermənistan demokratik islahatlar yolu ilə gedir və bunun nəticəsində hazırkı nailiyyətlər müvafiq beynəlxalq göstəricilərdə də öz əksini tapıb.
Nazir Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə toxunaraq, regionda sabitliyin və sülhün bərqərar olması ilə bağlı ER-nin baxışını və bu istiqamətdə görülən səyləri parlamentarilərə təqdim edib. Nazir ER-nin konstruktiv yanaşmalarının heç də həmişə adekvat cavab almadığını qeyd edərək, Azərbaycanın müvafiq siyasi iradə və aydın öhdəlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində əsas prinsipləri, o cümlədən ərazi bütövlüyünə və sərhədlərin bölünməzliyinə qeyd-şərtsiz hörmətin vacibliyini vurğulayıb.
Regional nəqliyyat və iqtisadi kanalların blokdan açılması kontekstində Ararat Mirzoyan qeyd edib ki, ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” proqramında ER üçün vacib olan dörd prinsiplər - suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri ən yaxşı şəkildə əks olunub.
ER xarici siyasət idarəsinin rəhbəri, həmçinin regional hadisələr, Dağlıq Qarabağda etnik təmizləmə nəticəsində məcburi köçkün düşmüş ermənilərin hüquq və ehtiyaclarının həlli, ER-Aİ tərəfdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı Niderland parlamentarilərinin suallarını cavablandırıb.