“Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanda prezident seçkiləri ərəfəsində noyabrın 20-də başlayan jurnalist həbsləri dalğasını pisləyib və ATƏT-i KİV-ə bu hücumu qətiyyətlə pisləməyə çağırıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycanın hakim elitasında korrupsiya faktlarını araşdıran jurnalistlərin təqibi və həbsi Bakının nəzarəti ələ keçirməsindən sonra yerli əhalinin Ermənistana qaçmaq məcburiyyətində qaldığı Dağlıq Qarabağdakı əməliyyatdan sonra baş verib.
“Müharibənin səfərbəredici gücünün itirilməsindən narahat olan prezident Əliyev Azərbaycanda hələ də fəaliyyət göstərən bir neçə müstəqil media orqanını susdurmağa çalışır ki, onların xəbərləri onun legitimliyinə şübhə yarada bilər. Biz ATƏT-ə üzv dövlətləri Azərbaycan hökumətinin iqtisadi təzyiqlərinə və manipulyasiyalarına müqavimət göstərməyə çağırırıq”, - deyə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelie bildirib.