Fevralın 6-da Ermənistanın Qazaxıstandakı səfiri Armen Qevondyan Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində Qazaxıstan xarici işlər nazirinin müavini Yermukhambet Konuspaev ilə görüşüb.
“Görüşdə Ermənistan və Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı cari məsələlər, həmçinin birgə ikitərəfli tədbirlərin hazırlıq prosesi müzakirə olunub. Çoxtərəfli strukturlarda tərəfdaşlığın təşviqi məsələsinə də tozunulub”,- Ermənistanın Qazaxıstandakı səfirliyindən bildirilib.