Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Namizədlərə ayrılmış kampaniya vaxtı başa çatıb, bu gün Azərbaycanda sükut günüdür. Seçkilərdə prezident İlham Əliyev də daxil olmaqla 7 namizəd iştirak edir.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçki prosesini izləmək üçün 790 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini açıqlayıb.
Azərbaycan hakimiyyəti seçkiləri demokratik, rəqabətli, azad və ədalətli keçirməyə çalışır. Reallıqda isə müxalifət seçkinin nəticəsinin göz qabağında olduğunu bildirərək onu boykot etdiyini bəyan edib.
Bundan başqa, Bakı nə Avropa Parlamentindən, nə də AŞPA-dan növbədənkənar prezident seçkilərinə beynəlxalq müşahidəçilər göndərməyi xahiş etməyib.