Baş nazir Nikol Paşinyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuini qəbul edib.
Baş nazir Ermənistan-ABŞ əməkdaşlığının davamlı inkişaf etdiyini və ölkəmizdə demokratik islahatların səmərəli həyata keçirilməsində ABŞ-ın dəstəyini vurğulayıb. Nikol Paşinyan qeyd edib ki, ER hökuməti ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində səylərini və regionda sabitliyin bərqərar olunmasına yönəlmiş addımlarını yüksək qiymətləndirir.
Həmsöhbətlər müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-ABŞ strateji dialoqu ilə bağlı məsələləri müzakirə ediblər.
Cənubi Qafqazda baş verən proseslər, regional infrastrukturların blokdan çıxarılması imkanları, ER hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.