Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc ediblər.
Bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko özünün X mikrobloqunda yazıb.
“Mən qeyd edirəm ki, Avropa İttifaqının Ermənistandakı missiyası mülki, silahsız missiyadır və onun mandatı müşahidə etməkdir. Missiyanın mövcudluğu sabitliyi təşviq etmək və etimadı gücləndirmək məqsədi daşıyır”, - diplomat qeyd edib.