Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.
Bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur.