Ukrayna Ali Radası Vladimir Zelenskinin ölkədə hərbi vəziyyətin və ümumi hərbi səfərbərliyin daha 90 gün - mayın 13-dək uzadılması ilə bağlı təqdim etdiyi qanun layihələrini qəbul edib. Bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
O bildirib ki, hərbi vəziyyət qanun layihəsinin lehinə 335 deputat səs verib.