Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Bakıda həbsdə olan erməni hərbi əsirlərə yenidən baş çəkiblər.
Azərbaycan KİV-in yaydığı məlumata görə, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Məlumatı BQXK-nın Ermənistan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni də təsdiqləyib və qeyd edib ki, BQXK nümayəndələri Bakıda saxlanılan bütün ermənilərə, o cümlədən Dağlıq Qarabağın keçmiş prezidentlərinə baş çəkiblər.