Fevralın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggerin Azərbaycana girişinə icazə verilməyib. Onu Bakı aeroportunda geri göndəriblər.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis onun pasportunu əlindən alıb, 3 saat hava limanında saxlayıb, sonra İstanbula uçan təyyarə ilə Azərbaycandan deportasiya edib.
Azərbaycan KİV-in məlumatına görə, əvvəllər Gugger Bakını Dağlıq Qarabağa təcavüzə görə tənqid edib.
Bu, ATƏT müşahidəçisinin Bakıdan deportasiya edilməsilə bağlı ilk hadisədir.