Fevralın 2-də ER-in Mərakeş Krallığındakı səfiri Arşak Poladyan etimadnaməsini Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritaya təqdim edib. Bu barədə ER XİN məlumat yayıb.
Arşak Poladyan çoxəsrlik erməni-ərəb münasibətlərinə toxunub, Ermənistanın ərəb ölkələri ilə isti və dinamik inkişaf edən münasibətlərinin cari gündəmini təqdim edib, Ermənistan-Mərakeş ikitərəfli əməkdaşlığının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün səylər göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı səfir Poladyan Cənubi Qafqazdakı vəziyyətə toxunub, həmçinin ER hökuməti tərəfindən təklif olunan və regionda uzunmüddətli sülh və qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq “Sülh kəsişməsi” layihəsini təqdim edib.