"Abzas Media" internet nəşrinin yeni redaksiyası Berlində yerləşəcək. Bu barədə Turan-a baş redaktor Leyla Mustafayeva bildirib.
"Biz "ehtiyatlı jurnalistika" ilə məşğul olmaq istəmirik. Nəşrlər Azərbaycanda bağlanan saytımızda yerləşdiriləcək. Berlində iş artıq yoluna qoyulub. Biz müxtəlif ölkələrdəki əməkdaşlarımızla birlikdə məsafədən fəaliyyəti davam etdirəcəyik", deyə Mustafayeva qeyd edib.
Onun sözlərinə görə, Abzas Media-nın nəşrləri eyni zamanda 15 xarici mətbuatda dərc olunacaq.
Xatırladaq ki, Azərbaycanda noyabr-yanvar aylarında Abzas Media-nın altı jurnalisti və mətbuat işçisi həbs olunub. Onlar "qaçaqmalçılıqda" ittiham olunurlar.
Azərbaycanda fəaliyyət qeyri-mümkün olduğu üçün dünən nəşrin rəhbərliyi həmkarlarından işi xaricdən davam etdirməyi xahiş edib. Rəhbərlik Leyla Mustafayevaya həvalə edilib.