Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev “RİA Novosti”-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təşkilat üzv olan bütün ölkələrinin iştirak etdiyi KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü ilin noyabrında keçirilmiş qərarlarının icrasına yönəlib.
“KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistan tərəfinin iştirak etmədiyi yuxarıda adıçəkilən sessiyasında qəbul edilmiş sənədlər hazırda Yerevanda müzakirə olunur. Həmin sənədlərin bəziləri barədə, Ermənistan tərəfinin razılığı var və ondan guman etmək olar ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir problem yoxdur”, - Vasilev qeyd edib.
Ermənistanın KTMT-nin son tədbirlərində iştirak etməməsinə toxunan diplomat bunun müəyyən təzyiqlər altında edildiyini bildirib.