Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli bəyanatı digər məsələlərlə yanaşı, sülh müqaviləsinin hazırlanması da əhatə edir.
Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
"Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı 2020-2022-ci illər üçün üçtərəfli sazişlərin icrasının tez bir zamanda bərpa olunmasıdır", - Zaxarova bildirdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, fevralın 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT-yə üzv ölkələrin parlamentlərinin komitələrinin nümayəndələri və KTMT ölkələrinin Rusiya Federasiyasındakı səfirləri ilə görüşəcək.
"Təşkilatın və ona bitişik regionların məsuliyyət zonasında yaranmış vəziyyət, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi planlaşdırılır", - Zaxarova bildirib.