Ermənistanın Bekçikadakı səfiri Tiqran Balayan Belçikanın Nümayəndələr Palatasının prezidenti Elian Tiyo ilə görüşüb. Bu barədə Ermənistanın Belçikadakı səfirliyi məlumat yayıb.
Səfir Balayan Belçika Parlamentinin davamlı dəstəyini, bəyanatlarını, habelə Belçikanın Yerevanda rezident səfirliyinin açılmasında fəal iştirakını yüksək qiymətləndirib.
Tiqran Balayan diplomatik fəaliyyətinin prioritetləri, Belçika ilə siyasi, iqtisadi, mədəni və elmi sahələrdə əməkdaşlığın inkişafı istiqamətində görülən işləri ətraflı şəkildə təqdim edib. Səfir Azərbaycan tərəfindən Dağlıq Qarabağ aparılmış etnik təmizləmə siyasətinə də toxunub.
Tiqran Balayan Ermənistanla Azərbaycan arasında sülh prosesinin təfərrüatlarını da təqdim edib.
Prezident Tiyo qeyd edib ki, öz növbəsində BelçikaAzər baycanın Dağlıq Qarabağa qarşı başlatdığı müharibəni və ermənilərin məcburi mühacirətini pisləyib.
O, Belçikanın Aİ-də sədrliyi kontekstində Ermənistan-Belçika əməkdaşlığını və Ermənistan Respublikası hökuməti tərəfindən həyata keçirilən islahatların gedişini, eləcə də Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması prosesini müsbət qiymətləndirib.
Tərəflər bu il Belçikada keçiriləcək seçkilərə və seçkiqabağı inkişaflara da toxunublar.