Ermənistan rəsmi olaraq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub.
“Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu fevralın 1-dən qüvvəyə minib. Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq Ermənistana öz ərazisində hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin qarşısını almaq imkanı verir”, - deyə “Deutsche Welle”nin Rusiya xidmətinin verdiyi məlumata görə, Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycanla bağlıdır.
Parlament 3 oktyabr 2023-cü ildə Roma Statutunu ratifikasiya etdi. Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin noyabrında Ermənistan üçün Roma Statutunun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcəyini elan edib.