Fevralın 1-də ER parlamentinin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini ilə görüşüb.
Onlar Ermənistanda demokratik islahatlar prosesini müzakirə ediblər, korrupsiyaya qarşı mübarizənin davamlı şəkildə həyata keçirildiyini vurğulayıblar.
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Hayk Koncoryan Fransanın bütün sahələrdə Ermənistana göstərdiyi dəstəyini çox yüksək qiymətləndirdi.