NUMBEO beynəlxalq nüfuzlu analitik informasiya portalının cinayət və təhlükəsizlik indeksinin yekun məlumatlarına əsasən, Ermənistan dünyanın ən təhlükəsiz 146 ölkəsi arasında 7-ci yeri tutub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin portalın məlumatına görə, Yerevan öz mövqeyini yaxşılaşdırıb. Paytaxt Yerevan 329 ən təhlükəsiz şəhər arasında 15-ci, ötən il isə 20-ci olub.
Yeri gəlmişkən, Ermənistan və Yerevan həm regionda, həm də MDB ölkələri və şəhərləri arasında reytinq cədvəlində liderdir.
Qeyd edək ki, indeksdə Gürcüstan 19-cu, Azərbaycan isə 33-cü yerdədirlər.