İcevan-Qazax hissəsində Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiyası üzrə dövlət komissiyasının görüşü başlayıb.
Xatırladaq ki, bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 6-cı görüşüdür.
Ermənistan baş nazirinin müavini Mher Grigoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da İcevan və Qazax hissəsində keçirilib.