Rusiya vəUkrayna arasında növbəti əsri mübadiləsi həyata keçirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar nəticəsində Ukrayna tərəfi 195 rusiyalı hərbçi əsiri geri qaytarıb.
Rusiya MN Moskvanın Ukrayna tərəfinə də eyni sayda, 195 ukraynalı hərbçini təhvil verdiyini açıqlayıb. Ukrayna Prezidenti Vladimir Zelenski paylaşım edərək 207 nəfərin Rusiya əsirliyindən xilas edildiyini bildirib. O bura hərbçi və mülki şəxslərin daxil edildiyini vurğulayıb.