Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə təkbətək söhbət zamanı əsasən regional məsələlər, eləcə də Azərbaycanla əlaqələr məsələsi müzakirə olunub.
Bu barədə Parlamentin spikeri Alen Simonyan bildirib.
Simonyan qeyd edib kiç Adamova buradan qonşu ölkəyə gedəcək və bununla bağlı da müzakirələr olub.
Simonyanın sözlərinə görə, təkbətək söhbət zamanı Ermənistan və Çexiya arasında münasibətlərin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif platformalarda əməkdaşlıq məsələləri də müzakirə olunub.