ER XİN-nin sözçüsü Ani Badalyan X səhifəsində xarici işlər naziri Ararat Mirzoyan və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq arasında keçirilən görüşdən yazıb:
“Dünyanın bütün guşələrində artan qeyri-sabitliyi nəzərə alsaq, parlament diplomatiyası beynəlxalq hüququn pozulması haqqında məlumatlılığı artırmaqla, müxtəlif ədalətli həll yolları üzrə ictimai müzakirələri təşviq etməklə və bununla da sülh səylərinə töhfə verməklə mühüm rol oynaya bilər”.