Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sabit sülhün bərqərar olması üçün ən yaxşı təminat bir sıra üçtərəfli razılaşmaların icrasının ən yüksək səviyyədə tezliklə bərpa olunmasıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanın Azərbaycanla təcavüz etməmək haqqında paktı imzalamaq təklifini şərh edərkən deyib.
“Əgər siz bizim prinsipial mövqeyimizdən danışırsınızsa, onda biz əminik ki, Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sabit sülhün bərqərar olmasının təminatı 2020-2022-ci illər ərzində ən yüksək səviyyədə imzalanmış bir sıra üçtərəfli razılaşmaların icrasının tezliklə bərpa olunmasıdır. Bu, Bakı ilə Yerevanın barışması üçün alternativi olmayan yol xəritəsidir. Bu, digər məsələlərlə yanaşı, sülh müqaviləsinin hazırlanmasını da əhatə edir”, - Zaxarova qeyd edib.