İran İslam Respublikasının Ermənistandakı səfirliyi xəbər yayıb ki, İranın dini rəhbərinin müşaviri, Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xarazi “Orbel” analitik mərkəzində erməni ekspertlər və ziyalılarla görüşüb.
Məlumatda bildirilir ki, Xarazi çıxışında İran və Ermənistan arasında tarixi və dostluq münasibətlərinə və İranın onları dərinləşdirmək iradəsinə işarə edərək, Cənubi Qafqazda baş verən hazırkı proseslərə toxunub.
“İran Respublikası bütün region ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və coğrafi sərhədlərin dəyişdirilməsini heç bir şəkildə məqbul hesab etmir”, - deyə Xarazi bildirib.
O vurğulayıb ki, İran şimal-cənub və şərq-qərb tranzit yollarını birləşdirən qovşaq kimi regionun inkişafı üçün iqtisadi və elmi imkanlarından istifadə etməyə hazırdır.