Yanvarın 30-da Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib.
Görüşdə həmsöhbətlər Aİ-nin mülki müşahidə missiyasının fəaliyyətini müzakirə ediblər və Aİ-nin mülki müşahidə missiyasının personalının sayının artırılması ilə bağlı Avropa Şurasının qərarına toxunublar.
Həmsöhbətlər mülki missiyanın yerləşdirilməsinin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.