ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini tənqidçilərin və müxalifətçilərin təqibini dayandırmağa çağırıb.
“Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır.
Bakı COP29. ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır”, - senator X mikrobloqunda yazıb.