Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova sabah Ermənistana səfər edəcək. Çexiyanın Ermənistandakı səfirliyi bildirir ki, bu, son 6 ildə Çexiyadan Ermənistana ən mühüm səfərlərdən biridir.
“Xanım prezident Ermənistan Respublikasının bütün yüksək nümayəndələri ilə müzakirələr aparacaq. Proqram çərçivəsində o, vəziyyətlə yerində tanış olmaq üçün Ermənistan və Azərbaycan sərhədinə də gedəcək. O, Parlamentin sədri Alen Simonyanla birlikdə çex-erməni iş adamlarının konfransında iştirak edəcək və Çex qalaları ilə bağlı sərginin açılışını elan edəcək.
Prezident Çexiya parlamentinin bir neçə deputatından, şirkətlərin, Ticarət Palatasının, Sənaye və Ticarət Nazirliyinin, eləcə də universitetlərin (Çarlz Universiteti və Çex Texniki Universiteti) və Milli Muzeyin nümayəndələrindən ibarət nümayəndə heyəti ilə gələcək”, - deyə qeyd edilib.