Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) bildirdi ki, Almaniya prokurorluğu Avropa Şurasında Bakıya səs vermək müqabilində Azərbaycandan rüşvət almaqda şübhəli bilinən iki keçmiş parlament üzvünə qarşı ittiham irəli sürüb.
Aksel Fişer və Eduard Lintner AŞPA-nın üzvü olublar və “Azərbaycan camaşırxanası” ilə məşğul olular.
OCCRP bildirir ki, Bakı avropalı deputatlara pulsuz səfərlər və bahalı hədiyyələr təklif etmək üçün 2,9 milyard dollarlıq gizli fonddan istifadə edib. Deputatlar bu rüşvətə görə, Bakı leyhinə səs verməli və AŞPA-nın insan haqları hesabatlarında azərbaycanyönlü ifadələr hazırlamalı idi.
Münhen prokurorluğu transferlərin həyata keçirilməsində kömək edən Eduard Lintnerin oğluna, həmçinin Lintner and Strenz şirkətinin keçmiş işçisinə də ittiham irəli sürüb.
Münhen prokurorluğu Azərbaycanın keçmiş deputatı Elxan Süleymanova qarşı da araşdırma aparır. Məhz o ödənişlərin həyata keçirildiyi Bakıda yerləşən QHT-yə rəhbərlik edirdi. Onun Fişeri işə götürdüyü də güman edilir.