İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan İran silahlı qüvvələrinin “Ceyş əl-Zolm” terror qruplaşmasının Pakistandakı iki qərargahına hücumundan sonra yaranmış gərginliyin həlli çərçivəsində Pakistana səfər edib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində İranın xarici işlər nazirinin Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilani, eləcə də baş nazirin səlahiyyətlərini icra edən Ənvər-ül-Haq Kakar ilə görüşləri nəzərdə tutulub.
Danışıqların əsas mövzusu iki ölkə arasında münasibətlərdə gərginliyin azaldılmasıdır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilani ilə birgə mətbuat konfransında bildirib ki, İran prezidenti Pakistana səfər edəcək.