Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində İlham Əliyevin 2024-2031-ci illər üçün xarici siyasət hədəflərini təqdim edən seçkiqabağı proqramı dərc edilib.
Hədəflər arasında sülh müqaviləsinin bağlanması da var. Məlumata görə, Bakı Ermənistanla irəli sürdüyü 5 əsas prinsip əsasında müqavilə imzalamaq istəyir.
Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sabit sülhün bərqərar olmasına hazırdır.