Moskva Ermənistan və Azərbaycan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində bildirib.
“Biz Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına yönəlmiş vasitəçilik səylərinə görə Rusiyaya minnətdarıq. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində hərbi əməliyyatların dayandırılmasında Rusiya Prezidenti Vladimir Putinin şəxsi rolunu yüksək qiymətləndirib”, - Azərbaycan diplomatı qeyd edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin görüşləri “regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına” yönəlməlidir.