Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Nikol Paşinyan səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının keçirilməsi planlaşdırılır.