Yanvarın 25-də Yerevanda Ermənistan Respublikası və Lüksemburq Hersoqluğu Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub.
ER XİN bildirir ki, Ermənistan tərəfini XİN-in Avropa Departamentinin rəhbəri Samvel Mkrtçyan, Lüksemburq tərəfini isə XİN-in Şərqi Avropa Departamentinin rəhbəri Devid Veys təmsil edib.
Tərəflər Ermənistan və Lüksemburq arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər, ikitərəfli münasibətlərin gündəliyini və mövcud səmərəli əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə ediblər.
ER-Aİ hərtərəfli tərəfdaşlığına və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək imkanlarına toxunulub.
ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son inkişaflar Lüksemburq tərəfinə təqdim edilib.
Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.