Yanvarın 25-də Almaniyanın Passau və Deggendorf şəhərlərində bir qrup siyasi mühacir Azərbaycanda fəalların və jurnalistlərin həbsləri ilə bağlı etiraz aksiyası keçirib.
Aksiyanın təşkilatçıları bildirib ki, aksiyada xüsusilə professor Qubad İbadoğlunun həbsindən sonra siyasi fəallara qarşı repressiya dalğasının gücləndiyi qeyd edilib.
Eyni zamanda Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucovun, Abzas Media onlayn nəşrinin baş redaktoru Sevinc Vaqifqızının, araşdırmaçı jurnalist Hafiz Babalının və digər şəxslərin həbsinə diqqət çəkilib.
Aksiya iştirakçıları həbs edilmiş jurnalistlərin və fəalların azad edilməsini tələb ediblər.
Onlar alman, Azərbaycan və ingilis dillərində plakatlar qaldırıblar.
Aksiya Almaniyanın mətbuat orqanlarının binaları qarşısında və ictimai aktivlik olan yerlərdə keçirilib.