Tbilisidə Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili arasında təkbətək söhbət olub.
Həmsöhbətlər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bugünkü iclasının gündəliyinə aid məsələləri, eləcə də ikitərəfli siyasi və iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər Ermənistan və Gürcüstan arasında əməkdaşlığın strateji xarakterini vurğulayıblar və hökumətlərarası komissiyanın bu gün keçiriləcək iclasının bütün sahələrdə ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Bu kontekstdə ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, müxtəlif istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə toxunulub.
Regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb. Həmsöhbətlər sülh və sabitlik istiqamətində ardıcıl addımların atıldığını vurğulayıblar.