ABŞ prezidenti Co Bayden "F-16" hərbi təyyarələrinin Türkiyəyə satışına dair rəsmi proseduru başlatmaq istəyi ilə bağlı Konqresə məktub göndərib.
Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrinə göndərilən məktub yüksəksəviyyəli respublikaçı və demokrat üzvləri satışın "gecikmədən təsdiqlənməsinə" çağırır.
Konqres bu çağırışı təsdiqləyərsə, Türkiyəyə 20 milyard dollar dəyərində "F-16" təyyarələri və modernləşdirmə avadanlığının satışına başlanacaq.