Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.
“İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”, – Ərdoğan vurğulayıb.