Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyət məsələsi müzakirə olunub. AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib.
Avropa Şurası Parlament Assambleyasında ER Parlamentinin nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan qeyd edib ki, bu qərarla Azərbaycanın nümayəndə heyəti ən azı 1 il müddətinə AŞPA-dan kənarlaşdırılıb və bu müddət ərzində o, yalnız öz tənzimləmə öhdəliklərini yerinə yetirdiyi halda qayıda bilər.
Qətnamədə Assambleya 2023-cü ilin iyun ayında qəbul edilmiş “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi” qətnaməsinə toxunub. Bu qətnamə ilə Assambleya Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz nəqliyyatın olmadığını təsdiqləyib.
Assambleya AŞPA-nın Laçın dəhlizi məsələsi üzrə məruzəçisinin faktaraşdırıcı missiya çərçivəsində Laçın dəhlizinə səfər etmək imkanının olmamasından çox təəssüflənir.
Assambleya 2023-cü iliin oktyrab ayında AŞPA-nın qəbul etdiyi “Dağlıq Qarabağda humanitar vəziyyət” qətnaməsinə də istinad edilir. Bununla AŞPA Azərbaycanın sentyabr ayında etnik təmizləmə şübhələri altında Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana getməsinə səbəb olan hərbi əməliyyatları pisləyib.
Məhz bu qətnamədə Assambleya vurğulayıb ki, Azərbaycanın qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi ilə bağlı vəziyyət dəyişmədiyi halda, yanvar ayında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyəcək.
Qeyd olunur ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan 20 ildən çox vaxt keçsə də, təşkilata üzvlükdən irəli gələn əsas öhdəlikləri yerinə yetirməyib.
Azərbaycanda azad və ədalətli seçkilərin keçirilə bilməsi, qanunvericiliyin icra hakimiyyəti ilə müqayisədə zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarının müdafiəsi ilə bağlı ciddi narahatlıqlar var”.
Qeyd edək ki, qətnamə 76 leyhinə, 10 əleyhinə, 4 bitərəf nisbəti ilə qəbul edilib.