Avropa Şurası Parlament Assambleyası İrlandiyanın nümayəndəsi Maykl O'Flahertini İnsan Hüquqları üzrə Müvəkkil seçib və o, Dunya Miyatoviçi bu vəzifədə əvəz edəcək.
O'Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib. O, aprelin 1-dən vəzifəsinin icrasına başlayacaq.
İnsan Hüquqları üzrə Müvəkkil 1999-cu ildə Avropa Şurası tərəfindən təşkilata üzv dövlətlərdə insan hüquqlarına maarifləndirmə və hörməti təşviq etmək üçün yaradılmış müstəqil və qərəzsiz qurumdur. Müvəkkili altı il müddətinə Nazirlər Komitəsi təsdiq edir.