Yanvarın 25-də ER-in Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tigran Mkrtçyan Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyannis ilə görüşüb. Bu barədə ER Yunanıstandakı səfirliyi məlumat yayıb.
“Ermənistan səfiri son regional hadisələri, Ermənistan-Azərbaycan danışıqlar prosesinin hazırkı vəziyyətini təqdim edib, qarşılıqlılıq və bərabər yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaların bloklanması məsələsinə toxunub.
Həmsöhbətlər Ermənistan Respublikası ilə Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yaxın vaxtlarda Yerevanda keçirilməsi məsələsinə toxunublar.
Hər iki tərəf ənənəvi dostluq ikitərəfli münasibətlərinin mühüm əsası kimi Ermənistan-Yunanıstan iqtisadi əlaqələrinə yeni təkan verilməsinin vacibliyini vurğuladılar. İşgüzar dairələr arasında əlaqələrin intensivləşməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd edilir.