İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian rusiyalı həmkarı Nikolay Patruşevin dəvəti ilə Rusiyaya səfər edib.
Bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.
Səfirlikdən bildiriblər ki, İnqilabın Ali Rəhbərinin nümayəndəsi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə nümayəndə heyəti ilə Moskvaya səfər edib.