Yanvarın 23-də Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyanın təntənəli qarşılanma mərasimi olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdən sonra Ermənistanın müdafiə naziri Suren Papikyanla Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksilikov arasında görüş başlayıb.
Görüş zamanı tərəflər Ermənistan-Qazaxıstan müdafiə əməkdaşlığı, təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Hər iki tərəf əməkdaşlığın inkişafı üçün böyük potensialı qeyd edib.Əməkdaşlığın daha da inkişafı ilə bağlı razılıq əldə olunub.
Görüş sonunda müdafiə nazirləri Ermənistan Respublikası və Qazaxıstan Respublikası Müdafiə nazirlikləri arasında 2024-cü il üçün müdafiə sahəsində əməkdaşlıq planını imzalayıblar.