Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi tövisyə edib.
Monitorinq Komitəsi hesab edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ən az bir il təsdiq edilməməlidir. Plenar sessiya Azərbaycan nümayəndə heyətinin səlahiyyələrini tamamilə və ya qismən məhdudlaşdıra bilər.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması haqqında təşəbbüsü almaniyalı deputat Frank Şvabe irəli sürüb.
O, səbəb kimi 2022-ci ildə Ermənistana qarşı aqressiya və Ermənistan ərazilərinin işğalı, Azərbaycanda insan hüquqlarının pozulmaqda davam etməsini, rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkilərini dəyərləndirmək üçün AŞPA nümayəndə heyətini dəvət etməkdən imtina etməsini göstərib.
O, Azərbaycanın 2023-cü ildə AŞPA məruzəçilərinin Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini xatırladıb.