Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyinə toxunub, RİA Novosti yazır.
“İsveçin NATO-ya üzvlüyünə razılıq verməklə Türkiyə daxili siyasət məsələlərini həll edir, təəssüflə qeyd etmək qalır ki, Ankara bütün bəşəriyyətin maraqlarından deyil, ayrıca alyansın maraqlarından çıxış edir”, - deyə deputat bildirib.
“NATO sayəsində Türkiyə bir ittifaqın mənafeyinə deyil, bütün bəşəriyyətin maraqlarına uyğun hərəkət etmək üçün tarixi fürsəti əldən verir”, Kosaçev bildirib.
O qeyd edib ki, əgər bu, Türkiyə prezidenti Ərdoğanın növbəti oyunu deyilsə, deməli, indiki mərhələdə artıq məsələ həll olunub.